Menu

Ərdoğanın Putinlə görüşəcəyi tarix bəlli oldu

21.09.2021, 17:35
Ərdoğanın Putinlə görüşəcəyi tarix bəlli oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bildirilib ki, prezidentlərin ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, beynəlxalq arenadakı gündəlik aktual məsələləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Şərhlər

Niyaməddin 2021-09-21 20:08:07

Xeyirli, uğurlu, bərəkətli olsun cənab Ərdoğan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol