Menu

Braziliya Prezidenti COVID-19 pasportlarının tətbiqinə qarşı çıxıb

21.09.2021, 21:22
Braziliya Prezidenti COVID-19 pasportlarının tətbiqinə qarşı çıxıb

Braziliya Prezidenti Jair Bolsonaru koronavirusa qarşı peyvənd edilməmiş insanların sərbəst hərəkətinin məhdudlaşdırılmasına qarşı çıxıb.

"Report" xəbər verir ki, Braziliya Prezidenti bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.

Braziliyada vaksinasiya bu ilin yanvarın 18-də başlayıb. Bu günə qədər Səhiyyə Nazirliyi "AstraZeneca", "Pfizer", "BioNTech", "Johnson & Johnson" şirkətinə məxsus 267,6 milyon dozadan çox dərman paylanılıb.

Rəsmi statistikaya görə, ölkənin yetkin əhalisinin yarıdan çoxu iki dəfə vaksin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol