Menu

"Yunanıstandan Bakıya yüksək səviyyəli səfərlər olacaq" - Səfir

25.10.2014, 15:16
"Yunanıstandan Bakıya yüksək səviyyəli səfərlər olacaq" - Səfir

 “Azərbaycan və Yunanıstan arasında münasibətlər günbəgün daha da istiləşir”.

Bunu SalamNews-a açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas deyib.

O bildirib ki, rəsmi Afina ilə Bakı arasında yeni sahələrdə əməkdaşlıq potensialı yaranıb və bu bundan maksimum dərəcədə istifadə eləmək lazımdır: “Bildiyiniz kimi bu il Azərbaycan təbii qazın Avropaya nəqli üçün TAP layihəsini seçib. Həmin layihə Yunanıstan, Albaniya və İtaliyadan keçir. Bu övlətlərarası münasibətlərin daha sıx olmasına şərait yaradacaq. Bundan başqa, ikitərəfli əlaqələrimizin bir göstəricisi olaraq bildirmək istəyirəm ki, ARDNŞ Yunanıstanın təbii qaz operatoru DESFA-nın səhmlərini satın alıb”.

Səfir həmçinin ikili münasibətlərin inkişafında qarşılıqlı səfərlərin mühüm olduğunu vurğulayıb. D.Tsounqas deyib ki, iyulun 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana rəsmi səfər etməsi hər iki dövlətin münasibətlərinin inkişafına xüsusi töfhə verib.

Yaxın zamanlarda Yunanıstandan da Bakıya yüksək səviyyəli səfərlərin olacağını deyən diplomat bildirib ki, hələlik konkret tarix məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol