Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 6 %-dən aşağı düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 904,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3,55 % azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 1,2 % artıb, son 1 ildə isə 15,1% azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,8% təşkil edib. Bu nisbət iyulun sonuna və ötən ilin sonuna 6,1%, ötən il iyulun sonuna isə 7,3% olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar