Avropada təbii qaz ucuzlaşır

Avropanın fyuçers bazarında qazın qiyməti 2,8% azalaraq 1000 kubmetr üçün 865,7 ABŞ dollarına düşüb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 871,2ABŞ dolları ilə başlasa da sonradan ucuzlaşıb.

Hazırda Avropanın fyuçers bazarında qazın qiyməti dəyişkəndir. Belə ki, hələ sentyabrın ortalarında qiymətlər rekord 963,9ABŞ dollarınadək yüksəlmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar