Vahid Ələkbərov ötən il ən çox gəliri olmuş 5 rusiyalı milyarderdən biridir
Baxiş sayı:
Dərc olunub:
22/09/2021 - 15:56
“Forbes” jurnalı 2020-ci ildə ən çox gəlir əldə etmiş rusiyalı milyarderlərin reytinqini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, reytinqə “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov başçılıq edir. Onun ötənilki gəliri 1,7 milyard ABŞ dolları olub.
İlk 3-lüyə NLMK qrupunun əsas səhmdarı Vladimir Lisin (1,48 milyard dollar) və "USM Holdings”in rəhbəri Alişer Usmanov (1,43 milyard dollar) da daxildir.
“Lukoyl”un rəhbəri Vahid Ələkbərov siyahıda 4-cü (1,41 milyard dollar), senator Süleyman Kərimov və ailəsi isə 5-ci yerdə (922 milyon dollar) qərarlaşıb.
Jurnalın məlumatına görə, gəlir hesablanarkən milyarderlərin aktiv satışından və dividendlərdən əldə etdikləri gəlir nəzərə alınıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.