Menu

Baş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib

22.09.2021, 16:39
Baş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib

Baş Prokurorluq Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Baş Prokurorluğunda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Şərhlər

X 2021-09-22 22:50:39

Tekzib edin sonra xeberdarliq edin. Qaz isiq benzin su kimin cibine uygundur? Maas bir manat artmayib erzaq 50% bahalasib

sual 2021-09-22 21:13:31

Baş Prokurorluqda işləyənlər , QANUN - lara RIAYƏT EDIRLƏRMI ? ...........zakir qaralov və ...........rustam usubov barədə INTERNETDƏ YAZILANLAR YALANDIR , BOHTANDIR ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol