Menu

Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi - FOTOLAR

22.09.2021, 16:55
Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi - FOTOLAR

Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib.  Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədli vəfat edib.

Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş S.Məmmədli 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Məmmədli 2002-ci ilədək Taekvondo Federasiyasının prezidenti olub. Ondan sonra bu vəzifəyə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərov seçilib.

O, son günlərədək Azərbaycan Hapkido Federasiyasının prezidenti idi. Həmçinin 1948-ci ildə Tovuzda anadan olmuş Süleyman Məmmədli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdmanın təkmübarizlik növləri” kafedrasında dosent vəzifəsində çalışıb.

Şərhlər

Fərq 2021-09-22 21:44:33

Allah rəhmət eləsin! Bizi cavanlıqda idmana ruhlandıran cəngavər olub.

Xalq 2021-09-22 19:19:43

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol