PAŞAZADƏ, NƏHAYƏT, SÜKUTU POZDU... - "Biz dindarlar şirdən, onun quyruğundan deyil..."

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbil məscidinin imamı, İranın ali rəhbərinin nümayəndəsi Ağayi Amulininin səsləndirdiyi fikirlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

"44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanmış, dindarların haqlı narazılığına səbəb olub. Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. 

İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq.

Dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməliyik. Müqəddəs Kitabımızda buyurulduğu kimi: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır" (Nəhl, 125).

Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, İslam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, Ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı.

Allah haqq yolunda olanlara yardımçı olsun!".

635x100

Şərhlər

Veten dashi 2021-09-23 06:54:39

Men eminem ki Erdebilli qardashlarimiz bundan sonra onun xutbelerine qulaq asmaga getmeyecekler.Ozu ozune oxuyar ve qulaq asar

Mən 2021-09-22 23:31:44

Bu dəfə ağıllı tərpənib bir adama yazdırıb sözləri. Özünə qalsaydı yenə quşluyacaqdı

X 2021-09-22 22:46:50

Esitmisdik ki muavinleri ile birlikde qefilden dilleri batib. Diyesen ilk once Seyx hezretlerinin dili acilib qurban kesek

Alim 2021-09-22 20:55:13

Allahshukurden ne gozleyirsiz? .... Avropada shirketleri var gadin sherikleri ile

Xalq 2021-09-22 19:16:58

bu amulinin şirin quyruğunun 1sm-i qədər ağlı yoxmuş!

Eli 2021-09-22 18:13:29

Şeyx Hezretleri sağ olsun.Ancaq bir meseleye de yer ayırsaydı pis olmazdı.Serhedlerimizde “ezele nümayişi” ki nunun amiliye dexli yoxdyr bu “temiz” azerbaycanlı olan Xameneyinin “milli yaradıcılığıdır” ki İnşaalah öz başlarında çatlayar ermeni qardaşları ile birlikde.

Niyaməddin 2021-09-22 18:03:10

Nəhayət! Amma bir tez oldu, bir-iki ay da gözləyirdi gərək. ...

Son yazılar