Menu

Ata həbsdəki oğluna corabın içində heroin gətirib

22.09.2021, 19:24
Ata həbsdəki oğluna corabın içində heroin gətirib

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum Ceyhun Qəribağa oğlu Qasımova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 1,743 qram olan narkotik maddə - heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 172.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mirzə Zahid oğlu Nirzəyevə atası Zahid Novruz oğlu Mirzəyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 0,148 qram olan narkotik maddə - heroin aşkar edilib.

Şərhlər

Eli 2021-09-22 19:40:59

Ela misli görünmemiş “ata qayğısı”.Bu “valideynin bu hereketi tewfire layiq diger valideynlere örnek olcaq bir nümunedir.Men heyatımda birinci defedir ki,bele cefakeş ata görürem.Bir mesele var:terbiyye verenin gerek özünün terbiyyesi olsun ve ya pis övlsd yoxdur pis valideyn var.Mence bu üçağın heç bir günahı yoxdur ,onu azad edib ,atasını hebs etmek lazımdır ki,başqalarına ibret olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol