Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əsasən 4,922 adamın ölümünə səbəb olan Ebola virusuna 10 mindən çox adam yoluxub.
Virusun ən çox yayıldığı Syerra-Leone, Liberiya və Qvineya kənarında cəmi 27 yoluxma halı qeydə alınıb.
Ölkələr üzrə ÜST statistikasına görə Liberiyada virusa 4,665 adam yoluxub. Syerra-Leone-də xəstələrin sayı 3,896 - Qvineyada isə 1,553-dür.
Cümə axşamı Qvineya ilə qonşu Malidə Ebola qızdırması ilə bağlı ilk ölüm halının qeydə alındığı təsdiqlənib.
Malinin səhiyyə rəsmilərinə əsasən xəstəlikdən ölmüş iki yaşlı qız uşağı ilə təmasda olan 40-dək adam karantinə alınıb.
Qərbi Afrikada Ebola xəstələrilə təmasda olaraq Nyu York və Nyu Cersi ştatlarına qayıdanlar 21 günlük karantindən keçməli olacaqlar.
Ebola virusuna yoluxmadan xəstəliyin aşkar forma alması mərhələsinədək keçən inkubasiya dövrünün müddət həddi 21 gündür. /BBC


Şərhlər