Menu

Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaq

24.09.2021, 08:55
Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaq

Azərbaycan Ermənistandan digər beynəlxalq və milli məhkəmələrə də şikayət edəcək.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev özünün tvitterdəki hesabında yazıb.

"Azərbaycan ərazisində cinayət, qanunsuz və ayrı-seçkilik hərəkətlərinə görə Ermənistana, ayrı-ayrı şəxslərə və şirkətlərə qarşı beynəlxalq və milli məhkəmələrdə də vəsatət qaldırılacaq", - paylaşımda deyilir.

Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol