SABİQ NAZİRİN CƏZASI QƏTİLƏŞDİ: RÜTBƏLƏRİ GERİ ALINIR - Aldığı rüşvətin məbləği də açıqlandı

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmünə əsasən, Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

Bundan başqa, təqsirləndirilən şəxsin “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Onun aldığı rüşvətin məbləği də məlum olub. Məhkəmə istintaqında qeyd edilib ki, təqsirləndirilən şəxs vətəndaşlardan rüşvət şəklində 9 073 550 manat məbləğində pul alıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) də iş üzrə zərərçəkmiş qismində tanınır. Keçmiş nazir DİN-ə 5 129 105 manat dəyərində maddi ziyan vurub.

Hökmə əsasən, iş üzrə zərərçəkmiş Naxçıvan Muxtar Respublikası DİN-ə 5 129 105 manat dəyərində dəymiş maddi ziyan təqsirləndirilən şəxsdən alınaraq Naxçıvan Muxtar Respublikası DİN-ə ödənilməsi, Ə.Əhmədovun vətəndaşlardan rüşvət şəklində aldığı 9 073 550 manat məbləğində pul müsadirə edilərək dövlət nəfinə alınması təmin edilib.

635x100

Şərhlər

. 2021-09-26 04:06:39

yaziq hec rusvet alana oxsamir

Oxucu 2021-09-24 21:16:06

Şəkinin ihb nə üçün bu qismət olmur ???

Eli 2021-09-24 20:34:14

Bir mesele başa düşülmür: 5 million dövletden çırpışdrlan vesait dövlete qaytarılır bele de olmalıdır,bes vetendaşlardan alınan 9 million niye onlara yox dövlete qaytarılıb.Bir de başa düşmek olmur.9 million pul ele az vesait deyil,demeli Ehmed müellim naxir kreslosunamotusn kimi ya Allah deyib başlayıb “xalqa ve millete” qullyq etmeye ki bu uzun müddetde heç kim de tebii müvafiq orqanlar hiss etmeyib ki,Ehmed Paşa-yeni general “lazım olmayan işlerle” meşğuldur.Ancaq Naxçınanlıların melumatlarına inansaq Paşa Ehmedin çox yaxşı da biz ned şebekesi olun.Ne eceb bu mesele Mehkemenin nezerinden qaçıb.Bir de kasıb naxçıvanlılsrdan alınan 9 million niye onlara qaytarılmayıb?

EbuZerr 2021-09-24 16:24:16

yeqin generallar ve general olmaq arzusunda olanlar, xususen xeber aparib getiren el gedeleri taxtabaş qucağa oturanlar bundan ibret alarlar. Kim deyir Allahin zopasi yoxdur?! Var! Allahin deyirmani ağır firlanir amma yaxşı üyüdür.

Niyaməddin 2021-09-24 13:23:16

Zalımlar üçün yaşasın müsibət və cəhənnəm!!!

t.ədalət 2021-09-24 12:52:26

Rütbənin alınmasından söhbət gedirsə birinci Nacmuddin Sadıkovdan başlamaq lazımdır.Nacmuddin Sadıkov balalarımızın qanını içib.Vasib Talıbovun xoşuna gəlməıdiyinə görə kimisə cəzalandırmaq elə də ciddi göprünmür.

esger 2021-09-24 12:11:05

Maraqlıdır Konstitusiyanın 25-ci maddəsinə görə, qanun hər kəs üçün bərabər tətbiq olunmalıdır. Onda niyə yalnız bu şəxsə tədbiq olundu, bəs niyə məhkum olmuş digər yuksək rütbəli məmurlardan rütbələr və dövlət təltifləri geri alınmır

Bəhram 2021-09-24 11:03:22

Məncə, "RÜTBƏ və ya hansısa fəxri ad geri alınır?", vəziofədən çıxarma və cinayət işi ilə qüvvədən düşmüş, gecikmiş və artıq tədbir olur? Təbii ki, şəxs bəraət alarsa, titulları da bərpa olunur.

Son yazılar