Menu

"Ən qədim insan Şimali Amerikanın cənubunda yaşayıb" - Amerika arxeoloqları

26.09.2021, 08:39
"Ən qədim insan Şimali Amerikanın cənubunda yaşayıb" - Amerika arxeoloqları

ABŞ-ın Nyu-Meksiko ştatında aparılan arxeoloji qazıntılar nəticəsində sonuncu buz dövründə yaşayan insanların qalıqları aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə "Science" jurnalında məqalə dərc olunub.

Arxeoloji qazıntılar qədim dövrlərə aid sübutları göstərməklə yanaşı, eləcə də ən qədim insanların Şimali Amerikanın cənubunda mövcud olduğunu ortaya çıxarır.

Amerikanın ilk sakinlərinin meydana çıxma vaxtı 13-20 min il əvvəl arasında dəyişir.

Arxeoloqların araşdırmasının dəqiqliyinə bir sıra metodlardan istifadə etməklə zəmanət verilir: çöküntü təbəqələrinin analizi və hər təbəqədə bitki toxumlarının qalıqlarının radiokarbon analizi.

Qeyd edək ki, tarix elmi ən qədim insanların izlərinin Afrika va Asiyada aşkar edildiyini bildirir.

Şərhlər

MRP 2021-09-26 09:20:12

Heç şübhəsiz ki erməni olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol