RUSİYA “SÜLHMƏRAMLI KOMANDANINI” YENƏ DƏYİŞDİ – General Anaşkin hansı “qəhrəmanlıqlar”ı göstərib?

Rusiya bir ay ərzində artıq ikinci dəfədir ki, Qarabağdakı hərbi kontingentinin rəhbərini dəyişir. Bu dəfə general-leytenant Gennadi Anaşkin general-mayor Mixail Kosobokovu əvəzləyib.

Kosobokov bu vəzifəyə təyin olunanda mətbuatda və sosial şəbəkələrdə onun Ukraynada və Abxaziyada Rusiyanın işğalçı qoşunlarının tərkibində qulluq etdiyi, hətta Ukraynanın onu terrorçuluqda günahlandırdığı qeyd olunurdu. Bu səbəbdən də Moskvanın həmin təyinatı cəmiyyətimizdə etirazla qarşılanmışdı.

Bu baxımdan onun qısa müddətdən sonra qəfil geri çağırılmasının səbəbi maraq doğurur. Ancaq bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur. 

Qeyri-rəsmi məlumatlarda isə Mixail Kosobokovun geri çağırılması rəsmi Bakının onun fəaliyyətindən narazı qalması ilə izah olunur. Bu barədə musavat.com-un verdiyi  məlumatd bildirilir ki, Kosobokov fəaliyyətdə olduğu qısa müddətdə bir neçə dəfə ciddi yanlışlıqlara yol verib.

Belə ki, sentyabrın 17-də Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşkəsin pozulması və nəticədə Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı “təəssüf və təəccüb” ifadələri ilə təkzib edib.

"Haqqında bəhs olunan hadisə Azərbaycanın Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil",- deyə Azərbaycan MN təmsilçisi bildirmişdi. 

Bu yalan məlumat əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin reputasiyasına kölgə salan hadisə kimi də qəbul edilə bilər. Necə ola bilərdi ki, hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumat sonradan məhz Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında tamamilə əks formada təqdim edilsin? 

Bundan əlavə məlumata görə, general Kosobokov Qarabağa gələndə Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.

"Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağa dislokasiya olunmuş sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi ilə bağlı bir neçə dəfə Azərbaycanı narazı salan məqamlar olub. Sonradan bu yanlışlar aradan qaldırılıb. Amma Kosobokovun özbaşınalığı sıradan hadisə deyildi. Görünür, baş verənlər Bakının kifayət qədər etirazına səbəb olub ki, Rusiya Müdafiə Nazirliyi Kosobokovu geri çağırıb" - deyə, məlumatda bildirilir.. 

Bununla belə Rusiyanın Kosobokovun yerinə göndərdiyi növbəti general da bir çox “xidmətlərinə” görə əvvəlki iki generaldan – Rüstəm Muradov və Mixail Kosobokovdan irəli gedib. Belə ki, 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olan general-leytenant Gennadi Anaşkin hərbçi həyatının böyük hissəsini Rusiyanın işğal və diversiya əməliyyatlarında iştirak etməklə keçirib. 2007-ci ildən məşhur Pskov diviziyasına rəhbərlik edən Anaşkin hətta 2008-ci ildə Cənubi Osetiya bölgəsinin işğalı və Gürcüstanın digər ərazilərinə hərbi müdaxilə zamanı törətdiyi əməllərə görə “Rusiya qəhrəmanı” adına layiq görülüb. Belə ki, onun rəhbərlik etdiyi hərbi birləşmə Qori şəhərinə hücum təşkil edərək, Vaziani hərbi bazasını ələ keçirib. Ona “qəhrəman” adı da elə buna görə verilib.

Ukrayna mətbuatı yazır ki, 2014-cü ildə Anaşkinin rəhbərlik etdiyi 31-ci briqada Krım yarımadasının işğalında xüsusi əməliyyat keçirməklə iştirak edib. Daha sonra onun hərbi qruplaşması Ukraynanın şərqindəki ərazilərin işğalı əməliyyatlarına qoşulub. 2017-ci ilin iyulunda onu Rusiyanın işğal etdiyi Donetsk və Luqanskdakı ordu korpuslarının birləşdiyi Cənub Hərbi Dairəsinin 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin ediblər. Ukrayna mətbuatı onun faktiki olaraq, LNR və DNR kimi tanınan qondarma respublikalardakı rus hərbi birləşmələrinə rəhbərlik etdiyini yazır. Onun bu “missiyası” zamanı uydurma soyad olaraq Volqin soyadından istifadə etdiyi qeyd olunur. Həmçinin, Ukrayna hərbi kəşfiyyatı diversiya əməliyyatlarında Anaşkinin rabitə əlaqəsinə “Stalinqrad” kod adıyla çıxdığını bildirir. Göründüyü kimi, Moskva bütün bu “xidmətlərindən” sonra Anaşkini Qarabağa göndərməyə qərar verib. Bu generalın da əvvəlkilər kimi separatçılarla “işləmək” təcrübəsinin böyük olduğunu nəzərə alsaq, Qarabağdakı rus hərbi kontingentinin fəaliyyətində hansısa müsbət yeniliklərin olacağını düşünməyə dəymir.

Ancaq əvvəllər də qeyd etdiyimiz kimi, suveren ərazilərimizdə müvəqqəti(!) yerləşən rus hərbi birləşməsinə konkret olaraq kimin rəhbərlik etməsi o qədər də əhəmiyyətli deyil. Muradov getdi, Kosobokov getdi, Anaşkin də getməyə məhkumdur, necə ki, onları buraya göndərənlər də biraz gec, ya biraz tez öz dəstəsini buradan bir dəfəlik çəkib aparmağa məhkumdurlar.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-09-26 18:08:57

İkin Qarabağ mühariesinde biz tekce ermenileri yox,hem Rusiyanın herbi senayesini mehv etmişik.Bı müharibede er emilerin 366 tankı ,saysız hesabsız artileriya qırğuları 4 eded “İsgender-M” ve bir çox müasir raketlerini hedefe çatmamiş mehv etmişik.Bu dle bele mesele deyil.Avropa ölkelerinin ekseriyyetinde heç bu aeder tank yoxdur.Ruslar heç bize cavab vermediler ki ,bu “İskender-M” raketlerin ermeniler hardan alın.İnandırım sizi bu raketleri eröeniler yox mehz ruslar atıb.Bu öz yerinde.Ruslar heç ne edenilöeyecekler.Anişkin yox lap Şoyqu öüellim de gelse.Evvela prezidentimiz demişken indi yeni resllıqlar yaranıb ve hamı rus ermeni fransız bunu mecburduölar qebul etsinler.Nece ki MN prezident üz bermedi suyu züzüle züzle getdiler ruslar ds onlar kimi gedercekşet biz rus ordusunu 90- larda redd etmişik bu gün sülhmeramlolar da onların dalınca gedecekler bu deqiq bele olacaq.

Eli 2021-09-26 15:44:33

Azerbaycanın erazi bütölüyü demek olar ki hell edilib,qalır brzi mesleler ki onlar da hərbi diplomatik siyadi

Eli 2021-09-26 15:10:51

Putin kimi prezidenti olan ölkenin MN-nin generalları başqa cür ola bilmez.Niye?Çünki şexsen Putinin Azerbaycanda,Gürcustanda,Ukrayna,Moldova ve sair yerlerde yaratdığı münaqişeleri Putinin meqsedşi şekilde yaratdığı bu problemleri kimin eli ile hell edilmesine imkan verilmemelidir.Ancaq yene de Putin terbiyyesi alıb onun çürük ideologiyasının icraçıları olan bu ağılsız ,adam öldürüb haqq ile nahaqqı ayırd eden bilmeyen bu generallarin eli ile .Onlar ya Şoyqu ya qeyri bir siyası xadim ve ya dövlet memuru Putinin sözünden çıxa bilermi?Xeyr.Niye?Ona göre ki,onları Boris Nemçovun,Beryozovskinin,Litvinenkonun,Navalnının ve sairlerin taleyi gözleyere.Ona göre bizim bu işde möcuze gözlemek yox sebr,temkin nümayiş etdirib Halal haqqımızı almalıyıq.Mence reallıq budur.

Cəbrayıl 2021-09-26 00:29:52

bu komandirər Azərbaycan ərazisində xidmət edirlərsə niyErmnistandan gəlirlər?

Niyaməddin 2021-09-25 23:17:42

Qardaşlar, bütün bunlardan belə çıxır ki, Qarabağda hərbi qarşıdurma yenidən başlayacaq. Çünki Ukrayna hərbi kəşfiyyatı diversiya əməliyyatlarında Anaşkinin xüsusi roluna diqqət çəkir. Dövlətimiz bu barədə yəqin ki, tədbir görəcək.

Xalq 2021-09-25 18:02:17

rusiya ssri kimi dağılmağa məhkumdur! Dağılmanın qabağı alına bilməz. putin nə etsə də xeyri yoxdur!

B.Qarabağlı 2021-09-25 17:02:06

Əlləri silahlı sülhməramlı əslində yüksək səviyyəli polis kimi asayışı təşkil etməli, regiondan özgə silahları çıxarıb, idarəni yerli-Azərbaycan polisinə təhvil verməli deyilmi?

Vətəndaş 2021-09-25 14:32:27

....Bunlaar sülhməramlı deyillər.Bununiyə Azərbaycan yetkililəri anlayıb geri qaytarmaq barədə iş görmürlər.Axı onların heç statusu da yoxdurOnlar işğaıçı qüvvələr kimi ölkəyə soxulublar.

vuqar 2021-09-25 14:13:11

Qeneralların bele tez-tez deyişilmesi Rusiyanın Qarabağa dair aydın strategiyasının olmadığını gösterir

t.ədalət 2021-09-25 13:19:21

Putin,görünür regionda,nəinki bizə qarşı,həm də ermənilərə qarşı böyük terror törətmək haqqında fikirləşir.Ancaq,unudur ki,hətta Putinov familyalı bir general da tapıb göndərsə plan baş tutmayacaq.Ölməkdə olan ölkələrdə hər şey ölür.

Son yazılar