Menu

"Səbail"in futbolçusu ölkə tarixində rekorda imza atıb

25.09.2021, 20:35
"Səbail"in futbolçusu ölkə tarixində rekorda imza atıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu yeni rekordla əlamətdar olub. "Report"un məlumatına görə, ilk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.

“Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub. 32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub.

III turun “Sumqayıt”la görüşündə rekordu təkrarlayan oyunçu “ASCO Arena”da mütləq göstəriciyə imza atıb. Təcrübəli yarımmüdafiəçi Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də "Şahdağ"ın heyətində səfərdə “Şəfa”ya 0:1 hesabı ilə oduzduqları oyunun iştirakçısı olub. Əmirquliyev karyerası ərzində çıxdığı qarşılaşmalarda 33 qol vurub.

O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Yarımmüdafiəçi yetirməsi olduğu “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun) oyuna çıxıb. “ASCO Arena”dakı matç onun “Səbail”də 74-cü görüşüdür.

Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.

mövsümkluboyunqol
2003/04Şahdağ-Samur (Qusar)163
2004/05Şahdağ-Samur (Qusar)261
2005/06Şahdağ (Qusar)153
2006/07Xəzər Lənkəran175
2007/08Xəzər Lənkəran161
2008/09Xəzər Lənkəran244
2009/10Xəzər Lənkəran271
2010/11Xəzər Lənkəran300
2011/12Xəzər Lənkəran315
2012/13Xəzər Lənkəran301
2013/14Xəzər Lənkəran310
2014/15Xəzər Lənkəran302
2015/16Xəzər Lənkəran184
2015/16Qarabağ (Ağdam)20
2016/17Qarabağ (Ağdam)203
2017/18Qarabağ (Ağdam)150
2018/19Səbail (Bakı)240
2019/20Səbail (Bakı)200
2020/21Səbail (Bakı)260
2021/22Səbail (Bakı)40


Qeyd: “Şahdağ” bir müddət “Şahdağ-Samur” adlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol