Menu

Xəzərdə 3 balıqçı itkin düşdü

25.10.2014, 18:13
Xəzərdə 3 balıqçı itkin düşdü

Nardaran qəsəbəsindən olan 3 nəfər dənizdən geri qayıtmayıb

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən 3 nəfər balıqçı balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıb və geri qayıtmayıblar.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Aviasiya dəstəsi axtarışlara cəlb olunub. Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda Dövlət Xidməti tərəfindən axtarışlar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol