"BİZİM BELİMİZİ BU ƏMƏLİYYAT QIRDI..." - Ermənilərdən yeni etiraflar

"Azərbaycan Ordusunun kəşfiyyatı az qala İrəvana belə nüfuz etmişdi"

Ölmüş erməni əsgərlərinin qohumları” İctimai birliyinin sədri Arsen Asatryan erməni mətbuatına maraqlı bəyanatla çıxış edib.  Axar.az-a xəbər verir ki, Asatryanın Ermənistan silahlı qüvvələrinin komandanlığı ilə danışıqları zamanı dedikləri Ermənistanda rezonansa səbəb olub.

Asatryan bildirib ki, 44-günlük müharibədə Azərbaycanın ən güclü silahı pilotsuz uçuş aparatları ilə yanaşı, xüsusi təyinatlı kəşfiyyatı olub.

“Azərbaycan Ordusunun kəşfiyyatı az qala İrəvana belə nüfuz etmişdi. Dünyanın ikinci belə güclü kəşfiyyatı ola bilməz. Müharibədə, məhz Hadrutda xidmət aparan oğlum Artur Asatryan ölümündən öncə mənə bir çox gizli məlumatlar danışa bilmişdi. O deyirdi ki, Azərbaycan kəşfiyyatı bizim atacağımız hər addımı öncədən bilirdi. Elə bil torpağın özü onlara kömək edirdi.

İkincisi, bizim ordumuz xaos vəziyyətində idi. Azərbaycan tərəfi psixoloji olaraq da bizdən üstün idi. Azərbaycan əsgəri haqda o qədər rəvayətlər gəzirdi ki, hamı istər-istəməz qorxu içində idi.

Sizə onu da deyim ki, bizim ordumuzun onurğa sütununu Azərbaycan tərəfi məhz 10 oktyabr günü Hadrut əməliyyatı zamanı qıra bildi. Biz o gündən sonra didərgin düşdük”, - deyə Asatryan qeyd edib.

635x100

Şərhlər

Mirzə Qafarlı 2021-09-28 10:26:56

Ağlınızı başınıza yığıb düz yola-Sülhə gəlməyincə "Dəmir yumruq" hər zaman başınıa dəyəcək!

Kaku 2021-09-27 21:54:17

Turk esgeri gelirse hami qorxacaq tebii ki

GƏNCƏ 2021-09-27 12:24:19

Siz dığaları bütün QAFQAZDAN didərgin salacağıq.Az qalıb.

Son yazılar