Menu

"Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik" - Gürcüstanın Baş naziri

27.09.2021, 12:59
"Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik" - Gürcüstanın Baş naziri

"Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik təklif edirik".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə oldu.

Baş nazir bildirib ki, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: "Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik".

Şərhlər

Roma 2021-09-27 13:28:23

Cənab Baş Nazir, ermənidən Sizə nəinki qardaş, heç bacı da olmaz. Abxaziyada gürcülərə qarşı vuruşan baqramyan batalyonu, erməni ailəsində yetkinlik yaşına çatmayan gürcü qızının başına gətidikləri müsübət, Sizə qarşı ermənilərin ərazi iddiaları və s. və i... daha hansı pisliklər eləməlidirlər ki, Siz onlara qardaş deməyəsiniz. Bizim də Sizə qarşı "pisliklərimiz": Abxaziyada Sizinləbərabər çiyin-şiyinə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşmaq, neft kəmərindən gələn gəlirdən Sizə də pay, ən çətin məqamlarda enerji, yanacaq, ərzaq və s. və i.. köməkliyi. Bax qardaş belə olar bizim kimi, ermənidən isə Sizə heç bacı da olmaz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol