Menu

Heydər Əliyev Mərkəzi Azərbaycan bayrağına büründü - FOTO

27.09.2021, 21:28
Heydər Əliyev Mərkəzi Azərbaycan bayrağına büründü - FOTO

Vətən Müharibəsi zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsinə həsr edilən anım tədbiri keçirilib. 

Saat 19:00-da başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunub. 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Şəhidlərimiz qürurumuzdur” adlı aksiyası zamanı sentyabrın 27-də təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.

Aksiyada “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol