“OLA BİLMƏZ Kİ, XOCALI MƏSƏLƏSİNİ HƏLL EDƏ BİLMƏYƏK" – “Şifahi razılaşmalar var...”

“Qarabağ münaqişəsi ilə bağlı 27 il danışıqlar gedib və bu danışıqların nəticəsinin olmayacağı aydın idi. Biz bilirdik ki, müharibə qaçılmazdır. Amma Ermənistan tərəfi elə bilirdi ki, Azərbaycan heç vaxt müharibə başlamaz, Rusiya buna imkan verməz, başqa hesabları nəzərə alırdı". 

Bunu “AzPolitika.info”-ya açıqlamasında politoloq Elxan Şahinoğlu 44 günlük müharibənin ildönümündə həmin dövrdəki prosesləri xarakterizə edərkən bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə Rusiya təzyiq etdi və Azərbaycan dörd gündən artıq savaşa bilmədi: "Amma ötən ilin yayında Ermənistanın təxribatları baş verdi və müharibəyə hazırlıqlar başladı. Müharibə 44 gün çəkdi.

Savaş iki cəbhədə getdi. İkinci cəbhədə müxtəlif dövlətlərin Azərbaycana etdiyi təzyiqlər olub. Bu dəfə Ermənistanın hesaba qatmadıqları Türkiyə var idi və Türkiyə Azərbaycana dəstək verdi".

Onun fikrincə, son hadisələri izləyəndə görünür ki, 10 noyabr yazılı bəyanatından başqa müəyyən şifahi razılaşmalar da var: "Çünki 10 noyabrdan sonra müəyyən söhbətlər var idi, Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin qaytarılması haqqında deyilirdi. İndi isə başqa mövzu müzakirə olunur ki, Xocalı, Xocavəndin bir hissəsi, Ağdərə tərəfdə də mövqelər Azərbaycana qaytarılacaq. Ola bilməz ki, biz 10 noyabr bəyanatına razılaşaq, amma Xocalı məsələsini həll edə bilməyək".

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar