Menu

Siyəzən və Şabran rayonlarında silsilə anım tədbirləri keçirilib - FOTOLAR

28.09.2021, 10:57
Siyəzən və Şabran rayonlarında silsilə anım tədbirləri keçirilib - FOTOLAR

Vətən müharibəsinin başlanma günü olan 27 sentyabr - Anım Günü ilə əlaqədar bütün respublika ərazisində tədbirlər keçirilib.

Belə silsilə tədbirlər Siyəzən və Şabran rayonlarında da keçirilib. Deputat Sadiq Qurbanovun verdiyi məlumata görə, Siyəzən rayonunda rayon rəhbərliyinin iştirakilə şəhidlərin məzarları ziyarət olunub, eyni zamanda ictimaiyyət nümayəndələri ilə birlikdə Siyəzən şəhər parkında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan rəsm əsərlərindən ibarət sərgidə iştirak ediblər.

Daha sonra isə rayonun "Şəhidlər bağı"ında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tikilən "Şəhidlər bulağı"nın aşılışı olub.

Şabran rayonunda da şəhid məzarları ziyarət olunub. Daha sonra Şabran rayon Mədəniyyət Sarayında anım günü ilə əlaqədar Aybəniz Əliyarın "Xarı bülbül" pyesinin motivləri əsasında Şabran xalq teatrının hazırladığı eyniadlı tamaşaya baxış olub. 

Anım tədbirlərinin davamı olaraq Uzunboyad kəndində "Şəhid bulağı"nın açılışı olub və şəhid ailələri ilə görüş keçirilib.

"AzPolitika"

















Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol