Hulusi Akar ABŞ-ı PKK/YPG-yə dəstək verməkdə ittiham edib

“YPG bütün mənalarda PKK-nın özüdür. Müttəfiqlərimizə onların başçıları ilə görüşmələrinin, foto çəkdirmələrinin, onlara silah-sursat, hərbi texnika vermələrinin doğru olmadığını hər görüşdə çatıdırırıq”.

“Report” Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar hökumətin toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə keçirdiyi görüşdə terrorçu PKK-nın Suriya qolu YPG-yə yardım edilməsinin müttəfiqliyə uyğun gəlmədiyini deyib.

H. Akar Prezident R.T.Ərdoğanın Rusiyaya səfəri zaman müzakirə edilə biləcək məsələlərdən də danışıb. O, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşə biləcəklərini istisna etməyib.

Müdafiə naziri Türkiyə və Rusiya dövlət başçılarının Əfqanıstanla bağlı məsələni müzakirə edəcəklərini və orada Qətərdən olan mütəxəssislərlə birlikdə fəaliyyət göstərdiklərini söyləyib: “Biz Əfqanstanda uyğun bir həll yolunu axtarırıq. Əsas hədəfimiz insanlıq baxımından əfqan xalqının humanitar ehtiyaclarının doğru-düzgün şəkildə ödənilməsidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar