Menu

"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir" - AŞ-nin Baş katibi

28.09.2021, 18:34
"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir" - AŞ-nin Baş katibi

"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb: "Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür".

Baş katib qadınların bu məsələdəki roluna da toxunub: "Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol