Pentaqon generalları Baydeni ifşa ediblər - Əfqanıstan barədə yalan söylədiyi üçün

Pentaqonun 2 generalı hərbi and altında ABŞ senatorlarına bəyan ediblər ki, onlar Co Baydenə hələ bu ilin əvvəlində məsləhət biliblər ki, Əfqanıstanda bir neçə min hərbçi saxlamaq lazımdır. Bu, Baydenin avqust ayındakı bəyanatı ilə ziddiyyət təşkil edir ki, heç kim ona ordunun bu ölkədən çıxarlmasının kədərli nəticələri barədə xəbərdarlıq etməyib.

Bu barədə sentyabrın 28-də «Politico» nəşri yazıb.

Setanın silahlı qüvvələrlə iş üzrə iclasında bugünkü dinləmələr zamanı ABŞ Mərkəzi Komandanlığının komandanı general Fenk Makkenzi bəyan edb ki, o, bu ilin əvvəlində Baydenə tövsiyə elib ki, Əfqanıstanda 2500 nəfərdən ibarət kiçik hərbi kontingent saxlamaq lazımdır. O, həm də qeyd edib ki, 2020-ci ilin payızında Donald Tramp administrasiyasının idarəçiliyi zamanı o, Əfqanıstanda iki dəfə artıq - 4500 hərbçinin saxlanılmaılı olduğunu məsləhət bilib.

Oklohamadan olan senator Cimmi İnhofun sualına cavab verən Makkenzi bildirib ki, onun şəxsi fikri bundan ibarət olub ki, bu qüvvələrin çıxarılması əfqan silahlı qüvvələrinin, sonda isə əfqan hökumətinin iflasına gətirib çıxaracaq. Makkenzi həm də etiraf edib ki, o, Baydenlə birbaşa danışaraq, general Skott Millerin (ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandanı) tövsiyələri barədə xəbər verib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar