"Azərbaycan Qarabağ məsələsində beynəlxalq hüquqa uyğun hərəkət edib" - İbrahim Kalın

44 günlük müharibədən sonra əldə edilən zəfər həm türk, həm də azərbaycanlı qardaşlarımız üçün böyük qələbədir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

"Bu, 30 illik dondurulmuş münaqişə idi. İllərlə deyirdik ki, münaqişə dialoq yolu ilə həll olunmalıdır. Keçən il bu hadisələr başlamazdan əvvəl Ermənistan tərəfinin təcavüzkar münasibəti nəticəsində başladı", - sözçü qeyd edib.

Kalın bildirib ki, Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam bir uğurdur:

"Azərbaycan hər zaman bu məsələdə məsuliyyətlə hərəkət edib. Azərbaycan təcavüzkar münasibət göstərmədi, beynəlxalq hüquqa uyğun davranış nümayiş etdirdi. Bu ölkə zəfərə layiqdir. Burada Türkiyə ilə əməkdaşlıq, həmişə dediyimiz kimi "İki dövlət, bir millət" nümunələrindən biri idi. Həm Türkiyə, həm də Azərbaycan ordusu, prezidentlər və xarici işlər nazirlərimiz çox böyük vaxt sərf etdilər. Bu qələbə asanlıqla qazanılmadı, şəhid verildi. Nəticədə böyük qələbə əldə edildi".

Türkiyə Prezidenti Administrasiyasının sözçüsü vurğulayıb ki, hazırda azad edilmiş Qarabağın yenidən qurulması prosesi davam edir:

"Bir il keçdi və bu bir ildə qət edilən məsafə qürur doğurur. Cənab Əliyev şəxsən bu yerlə maraqlanır. Onun bütün komandası bu istiqamətdə çalışır".

Ermənistanla normallaşmağa müsbət baxdıqlarını ifadə edən Kalın əlavə edib: "Ermənistanla diplomatik əlaqələrimizi kəsməyimizin və sərhədləri bağlamağımızın əsas səbəbi Qarabağın 1992-ci ildə işğalı idi. Hazırda bu problem həllini tapdıqdan sonra Ermənistanla münasibətlərimizin normallaşmasına heç bir maneə yoxdur. Ancaq Qarabağ məsələsində həll edilməli olan bəzi məsələlər var".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar