Menu

Rusiyada hərbçi özünü güllələyərək intihar edib

29.09.2021, 11:40
Rusiyada hərbçi özünü güllələyərək intihar edib

Rusiya Silahlı Qüvvələrinin Sverdlovsk vilayətində yerləşən hərbi hissələrindən birində xidmət edən hərbçi özünü güllələyərək intihar edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

Yekaterinburq Qarnizonunun komandanlığı və hüquq-mühafizə orqanları faktla bağlı birgə araşdırma aparır.

İlkin məlumata görə, hərbçi naryada getməzdən əvvəl tabel silahı ilə özünü güllələyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol