AĞDƏRƏ VƏ XOCALI DA AZƏRBAYCANIN NƏZARƏTİNƏ QAYTARILIR? – “Əlimdə rəsmi nəsə olanda şərh edəcəm”

RBK-nın məlum xəritəsi – hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzi yenidən Azərbaycanın nəzarətinə qaytarılması – erməni jurnalistlər tərəfindən araşdırılıb. Məsələ hələ də müəmmalı olsa da, müəyyən məqamlar diqqət çəkir.

Politoloq Asif Nərimanlı sosial şəbəkədəki paylaşımında “Hraparak” qəzetinə istinadla bildirib ki, RBK xəritəni yayandan bir gün sonra silib. 

Qarabağda yaşayan erməni ekspert Bella Lalayan isə deyir ki, müharibə başa çatandan sonra Xocalının Azərbaycanın nəzarətinə qaytarılması haqqında tez-tez danışırlar.

Separatçı-terrorçu rejimin qondarma parlamentinin xarici əlaqələr komitəsinin üzvü, daşnak Vahram Balayan bu haqda danışmaqdan imtina edib.

Baş separatçı Araik Arutyunyanın sözçüsü Lusine Avanesyan da susmağa üstünlük verib.

Erməni jurnalistlər, nəhayət, Arutyunyanın özü ilə təmas qura biliblər. 

Baş separatçıya jurnalistlər deyib ki, RBK xəritəni silməmişdən öncə onlardan məsələyə münasibət öyrəniblərmi?

“Hələlik bu məlumatı şərh etməyəcəm” - deyə, Araik bildirib.

“Niyə şərh vermirsən”, – jurnalist soruşub.

“Əlimdə rəsmi nəsə olanda şərh edəcəm”, – Araik cavab verib.

Jurnalist “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü”, – deyə soruşub.

Baş separatçı da “bunu Ermənistan hakimiyyətindən soruşun”, – deyə jurnalistin cavabını verib.

Müəmma davam edir…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar