Menu

Prezident Dövlət Agentliyinə 6 milyon manat ayırıb

30.09.2021, 14:15
Prezident Dövlət Agentliyinə 6 milyon manat ayırıb

Prezident İlham Əliyev "Kürdəmir rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

esger 2021-09-30 14:26:56

Soruşan yoxdur yeni tikilən yollar niyə tez bir zamanda dagılır Yollara baxan rəhbərliyi ildən ilə daha çox varlınır , obyekt tikir xaricdə ev alır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol