Menu

İsrail və ABŞ Qırmızı qəsəbədə də əməkdaşlıq edəcək - VİDEO

01.10.2021, 11:38
İsrail və ABŞ Qırmızı qəsəbədə də əməkdaşlıq edəcək - VİDEO

2019-cu ildə İsrailin Yardım və İnkişaf Agentliyi ilə ABŞ-ın USAİD təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən beynəlxalq səviyyədə əməkdaşlığa dair razılığa gəlinib.

APA-nın xəbərinə görə, bu barədə Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Diplomatın sözlərinə görə, İsrail və ABŞ Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində - müsəlman dünyasında ən böyük yəhudi icmasının yaşadığı regionda da əməkdaşlıq edəcək.

Səfir qeyd edib ki, USAİD-lə birgə Qırmızı qəsəbədə yerləşən bir bina təmir ediləcək və ora Yəhudi Mədəniyyəti və İrsi Mərkəzinə çevriləcək: “Bu mərkəzi ziyarət edən hər kəs həqiqi yəhudi həyatı ilə tanış ola biləcək. Bu, bu ölkədəki yəhudilər və müsəlmanlar arasında tolerantlığı göstərmək üçün vacibdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol