Menu

Bakıda polis şöbəsində arvadını öldürən polisin görüntüləri - FOTOLAR

01.10.2021, 14:00
Bakıda polis şöbəsində arvadını öldürən polisin görüntüləri - FOTOLAR

Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində 27 yaşlı həyat yoldaşını xidməti silahla qətlə yetirən polis əməkdaşının görüntüləri üzə çıxıb. Oxu.az-ın əldə etdiyi fotoları təqdim edirik:

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı güllələyərək öldürüb. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Xalq 2021-10-01 17:05:55

qadın qatili! Allah sənin gələcək həyatını, gününü qara eləsin! Allah bəlanı versin ki, xalxın çiçək kimi qızını qətlə yetirmisən alçaq! Heç üzün gülməsin həyatın boyu!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol