Menu

103 illik şərəfli peşə sahibləri

01.10.2021, 15:26
103 illik şərəfli peşə sahibləri

Mürvət HƏSƏNLİ

Bu gün Azərbaycan Prokurorluq orqanlarının peşə bayramıdır.

Mərhum dahi rəhbərimiz Heydər Əliyevin 17 noyabr 1998-ci il tarixli sərəncamına əsasən, bu gün Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü elan olunub.

Heydər Əliyevin məhz bu günü seçməsi isə təsadüfi deyil. 1918-ci ilin 1 noyabr tarixində müstəqil dövlətin hüquq-mühafizə sisteminin, o cümlədən məhkəmə və prokurorluq orqanlarının yaradılması qərara alınıb və elə ilk vaxtlardan bu istiqamətdə mühüm işlər görülməyə başlanılıb.

Azərbaycan prokurorluq sistemi 103 il boyunca çox keşməkeşli yollardan keçərək bu günlərə gəlib çıxıb. Sözsüz ki, bir əsri geridə buraxan bu tarix boyunca Azərbaycan prokurorlarının işi asan olmayıb. Bu tarixin 70 ildən çoxu müstəmləkəçilik dövrünə düşüb və vicdanlı prokurorlarımız belə, öz vəzifə təyinatlarından doğan vəzifələrinə uyğun olaraq dövlətin müdafiəçiləri kimi çıxış etmək məcburiyyətində qalıblar.

Bu mənada Azərbaycanın müstəqilliyindən ən böyük töhfəni qazananlardan biri da elə prokurorluq əməkdaşları olublar. Onlar artıq öz dövlətlərinin mənafeyini ləyaqətlə qoruya və getdikcə bu qüruru həqiqi mənada yaşaya bilirlər. Xüsusilə ötən il bu vəzifəyə təyin olunan Kamran Əliyevin səyləri nəticəsində prokurorluq orqanları həqiqətən də dövlətin əsas dayağına çevrilib və bir sıra önəmli əməliyyatlara imza atıb. Yəqin ki, bundan sonra prokurorluq orqanlarının daha ciddi uğurlarına şahid ola biləcəyik.

Hesab edirəm ki, yarandığı gündən bəri prokurorlarımıza ən gözəl qiyməti mərhum dahi liderimiz Heydər Əliyev verib: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir”.

Mən də mərhum dahi rəhbərin sözlərinə qatılaraq, başda hörmətli Kamran Əliyev müəllim olmaqla, bütün şərəfli prokurorluq işçilərini bu əlamətdar gün münasibətilə təbrik edir və onlara öz işlərində uğurlar arzulayıram.

Şərhlər

t.ədalət 2021-10-01 15:51:03

Prokurorluq orqanının yubiley məqaləsini,adətən bu orqanda uzun müddət çalışan,hüquq fakültələrində dərs deyən hüquq alimləri yaza bilər.Ən yaxşı halda İlyas İsmayılov bunu daha yaxşı yasza bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol