Menu

“Türkiyə kimi bombardman edəcək – türk-müsəlman qardaşınımı?!” – “Təhrikçi və qızışdırıcı mövqedən əl çəkin!”

01.10.2021, 16:03
“Türkiyə kimi bombardman edəcək – türk-müsəlman qardaşınımı?!” – “Təhrikçi və qızışdırıcı mövqedən əl çəkin!”

"Kim düşünürsə ki, İran-Azərbaycan münasibətlərinin gərginləşdirilib düşmənçiliyə çevrilməsindən İran, Azərbaycan və ya Türkiyə qazanacaq, çox böyük yanlışlığa yol verir. Bu qarşıdurmada uduzan elə İran, Azərbaycan və Türkiyə olacaq".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Ədalət Partiyası sədrinin müavini, siyasi şərhçi Elxan Şükürlü "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsi və düşmənçiliyə çevrilməsi tarixin təkərini yenidən XVI əsrə - Səfəvi-Osmanlı müharibələrinə, sünni-şiə qarşıdurmasına aparmaq cəhdidir. "Onda da müsəlman türkün qılıncı müsəlman türkün başını kəsirdi, indi də Arazın o tayındakı müsəlman türk bu tayındakı müsəlman türkü, bu taydakı da o taydakının başını kəsməklə hədələyir", - siyasətçi əlavə edib.

"Heç anlayan varmı bu təhdid və gərginliyin bizi - ölkələrimizi və xalqlarımızı hara apardığını, hansı faciələrə götürdüyünü?! İrandan atılacaq raketlər yalnız “sionist türk”əmi dəyəcək, ya Azərbaycandan qaldırılan dron 40 milyon türkün yaşadığı bir coğrafiyada ancaq fars əsgərini arayıb vuracaq?! Bəs, özünü müsəlmanların qoruyucusu elan etmiş qardaş Türkiyə kimi bombardman edəcək – türk-müsəlman qardaşınımı?! Odur ki, bu yalançı millətçilik hissələrinizi, pafos və şüarçılığınızı bir kənara tullayıb, təhrikçi və qızışdırıcı mövqedən əl çəkin!", - partiya sədrinin müavini çağırış edib.

E.Şükürlü qeyd edir ki, bu təhrikçilik və qızışdırıcılıq Türkiyədə FETÖ-yə, İranda din pərdəsi altında farsçılıq ideologiyasını yayanalara, Azərbaycanda isə Ermənistan qarşısında mövqeyimizin zəifləməsini istəyənlərə daha çox gərəkdir: "Elə hər üç ölkənin mediasında da məhz bu çevrəyə daxil jurnalist və siyasətçilər daha çox fəallıq edirlər, gerçək türk təəssübü çəkənlər yox! İnanmırsınızsa, ən çox qışqıranların kökünü və əlaqələrini araşdırın!"

Partiya sədrinin müavini inanır ki, Türkiyə, İran və Azərbaycanın ağıllı adamları, gerçək başbilənləri tezliklə bir araya gələrək, bu 3 ölkədə körüklənən fitnə alovunu söndürməyə nail olacaqlar.

"İstənilən bir millətə mənsub şəxsi, o cümlədən bir türkü milləti və məzhəbi ilə üz-üzə gətirib seçim qarşısında qoymaq ən böyük fitnəkarlıqdır. Allahsa fitnəkarları lənətləyib, onlar heç vaxt uğur qazana bilməzlər", - o, fikirlərinə əlavə edib.

"AzPolitika.info"

Şərhlər

Niyaməddin 2021-10-01 20:10:37

Elxan müəllim Türk əsgəri Şah İsmayıl Xətai dövrünün əsgəri deyil ki, qardaşımıza silah doğrultsun. İran yerə-göyə sığmayanda biz də ona həddini bildirməliyik

SMN 2021-10-01 18:14:06

Iran hokumeti ermenistani destekleyir ve biz hec ne olmamis kimi onlara dost ve ya din qardasi kimi davrnamali oldugumuzu kim fikilesirse sehv dusunur.Bunun evezine Israil kimi dovletlerle elaqeleri mohkemlendirmeliyik.Iran dini saysaydi ermenistana komek etmezdi

Eli 2021-10-01 17:39:00

Elxan müellimin mövqeyi çox düzhün mövqedir.Bu mesele ancaq danışıqlar yolu ile diplomatik mğstevide hell olunmalıdır,eks teqdirde bu düşmen deyirmanına -rus ermeni ,fransız deyirmanına su tökmeye beraberdir.Onsuz da her bir münaqişe son neticede sülhle neticelenmelidir.Farslar ds bu meslede uduzmayacaq ancaq qazandıqları bir şey olmayacaq.

Xalq 2021-10-01 17:14:31

müəllif fars mollalarına təslim eləyək Azərbaycanı?

vətəndaş 2021-10-01 17:11:48

Siyasi şərhçi , cənab Elxan Şükürlü , açiq - aydin , konkret yazmaq lazimdir ki , UDAN TƏRƏF , Rusiya - Kreml olacaq , çunki , BUTUN HOQQALARI TORƏDƏN , ARANI QIZIŞDIRAN , DAIMA GƏRGINLIK TƏXRIBATLARINI TƏTBIQ EDƏN , YALNIZ və YALNIZ , bunkerdə gizlənmiş .............putindir .

Aqil 2021-10-01 17:06:22

Bəsit yanaşmadır. Elxan hər məqamda yeni fikir söyləmək təşəbbüsündə bulunmaga çalışır. Bu yaxşıdır. Amma hər dəfə də ugursuzluga düçar olur. Çünki tələsir və hadisələri tam dərk edə bilmir.

esger 2021-10-01 16:57:38

Xər kəs adekvat cavab almalıdır Bəsti bu İran rejimi artıq qırmızı xətti keçib bizə xədə qorxu qəlir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol