Menu

Qalmaqallı direktor bir gündə 67 müəllimi işdən çıxardı

01.10.2021, 18:40
Qalmaqallı direktor bir gündə 67 müəllimi işdən çıxardı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, beşi isə şöbə müdirləridir.

Məlumata görə, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralova verib və müəllimləri Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət ediblər.

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni “şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.

Qeyd edək ki, N. Qaralovanın keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir.( Bakupost)

Şərhlər

hərbi pensiyaçı 2021-10-02 09:44:16

Belə ... zəif olanları görəsən niyə direktor qoyurlar? Bu adam tələbələrə hansı tərbiyəni aşılaya bilər yansı onun özündə bu yoxdur. 217-nin direktoru da Anım gününə Zəfər günü, 44 günlük müharibəyə 24 günlük müharibə deyir. Hörmətli Emin müəllim!(təhsil naziri) direktorları Siz hansı meyarlar əsasında təyin edirsiniz? Xahiş edirəm bu barədə fikirlərinizi Azpolitika saytında bildirəsiniz. Sağ olun.

Bəhrami Münasibət 2021-10-02 03:07:20

Problem yalnız Qaralovlarda deyil. Bir neçə nəfərin birgə qaldırdığı ağır yükün tarixi "İməcilik" rəmzi vardı! Müasir KULTURAL dünyada insanlar bir-birinə qarşı rəqib kimi qoyulur ki, pilləcə yuxarılar nəsə qazannsın? Bu halda direktor öz vəzifəsindən istefa əvəzinə 67 işçisini CƏNAB NAZİRİN ötəri bir sözünə qurban verib?

t.ədalət 2021-10-01 19:59:42

Bu qaralovlar Azərbaycanı tutublar ki.Bir... bu qədər kadrı yerbəyer etməsi,yəni,kiminsə diqqətini cəlb etməyib?

Əli 2021-10-01 19:30:11

Bunlar yəqin ki, hələ də Zakir Qaralovun baş prokuror oldugumu düşünürlər. Əmindirlər ki, cəzasız qalacaqlar. Və qalırlar da... Yoxsa Sumqayıtdakı qohumu sonra da bu özünü vorzakon kimi aparan direktor.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol