Menu

Şəhid qardaşların ailəsində daha bir faciə - FOTO

01.10.2021, 18:47
Şəhid qardaşların ailəsində daha bir faciə - FOTO

Vətən müharibəsi şəhidi Musa Həsənovun kiçik qızı İnci vəfat edib.Bu barədə Lent.az-a şəhidin anası Nəhayət Həsənova məlumat verib.

O bildirib ki, İnci 1 yaş 3 aylıq olanda dünyasını dəyişib: “Doğulanda problemli olmuşdu. Ancaq müalicəsi tədricən gedirdi. Sonra iki oğlum şəhid oldu, 2 ay onları axtardım. Bununla da İncinin müalicəsi dayandı. Sonra Türkiyədəki həkimə sənədləri göndərdim. Dedi ki, artıq gecdir. Həm də onun gözü görmürdü və başqa problemləri də var idi. Həkimlər deyirdi ki, yaşasa da, 2 yaşadək yaşayacaq. İki oğlumdan sonra nəvəmi də itirdim”.

“İncinin atası Musa sentyabrın 29-u şəhid olmuşdu. Amma noyabrın 5-i onu gətirdilər. Böyük oğlum Tural isə ötən ilin bu günü şəhid olmuşdu. Dekabrın 9-da da onu gətirdilər. İki oğul Turalın, iki qız Musanın idi. İnci öləndən sonra Musanın bir qızı qaldı. İndi bizim təsəllimiz onlardır”, - deyə N.Həsənova qeyd edib.

Şərhlər

Eli 2021-10-02 01:36:33

Allah rehmet elesin ,mekanları Cennet olsun, yaxınlatına sebr versin.Amin!

Vahid 2021-10-02 00:55:26

Seferberliyin bir aileden 2 neferi muharibeye aparmasi yanlışdır

Niyaməddin 2021-10-01 21:41:06

Allah səbr versin Nəhayət anaya və yaxınlarına! İslam dininə görə həddi buluğ yaşına çatmadan ölən uşaqlar axirətdə Allahın izni olarsa, valideynlərinə şəfaətçi olur. Yəni günahkar valideynlərin günahlarının bağışlanıb, cənnətə daxil olmasına səbəb olur. Bunun üçün valideynlər belə vəziyyətdə çox səbrli olmalıdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol