SAAKAŞVİLİ BELƏ SAXLANILDI... - Rustavi həbsxanasına aparıldı + VİDEO(Yenilənib)

Gürcüstanın Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin ölkədə saxlanılmasını əks etdirən videogörüntülər yayıb. “Report”un yerli bürosu xəbər verir ki, görüntülərdə sabiq prezidentin Tbilisidə polis bölməsinə aparılması əks olunub.

M.Saakaşvilinin daha sonra Rustavi şəhərində həbsxanalardan birinə aparıldığı bildirilir.

 Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb. APA-nın Gürcüstan bürosu xəbər verir ki, sabiq prezident müraciətində Tbilisidə olduğunu və həbs edilə biləcəyini, lakin mübarizəsini davam etdirəcəyini qeyd edib.

“Böyük ehtimal ki, mən indi Tbilisidə həbs ediləcəyəm, amma sizə demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm. Mənim başqa seçimim yox idi. Heç nədən qorxmuram, siz də qorxmayın”, M.Saakaşvili deyib.

***

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, axtarışda olan sabiq prezident Tbilisinin Qldani-Nadzaladevi rayonunda saxlanılıb.

M.Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir.

Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər: "Hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub. Proses tam nəzarət altında idi".

Qaribaşvilinin sözlərinə görə, aidiyyətı qurumlar əməliyyatın minimal maneələrlə həyata keçirilməsi məqsədi ilə koordinasiyalı şəkildə vaxt və məkan seçib: "Saakaşvili artıq penitensiar müəssisəyə transfer edilib".

Musavat.com Rusiya televiziyalarına istinadən xəbər verir ki, Saakaşvili Rustavi həbsxanasında saxlanılır. Məlum olduğu kimi, onu 9 il həbs cəzası gözləyir. Gürcüstan məhkəmələri onun barəsində qiyabi olaraq 9 illik cəza kəsiblər.

Xatırladırıq ki, sabah Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. Saakaşvili bu seçkiləri özünün rəhbərlik etdiyi müxalifət partiyasının xeyrinə çevirmək üçün bu riskli addımı atıb.

Gürcüstandakı mənbələr bildirir ki, Saakaşvilinin saxlanıldığı həbsxananın mühafizəsi əlavə polis qüvvəsi ilə gücləndirilib.

***

"Mixeil Saakaşvili saxlanılıb". “Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.

İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.

635x100

Şərhlər

Vətəndaş 2021-10-01 20:28:39

Saakaşvili kimi demokrtın penitensiar müəssisəyə yerləşdirməsi gürcü xalqına utanclıq gətirər.....

Son yazılar