Menu

Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb

01.10.2021, 21:17
Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, sabiq prezident müraciətində Tbilisidə olduğunu və həbs edilə biləcəyini, lakin mübarizəsini davam etdirəcəyini qeyd edib.

“Böyük ehtimal ki, mən indi Tbilisidə həbs ediləcəyəm, amma sizə demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm. Mənim başqa seçimim yox idi. Heç nədən qorxmuram, siz də qorxmayın”, - M.Saakaşvili deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol