Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramovun vəziyyəti ağırdır. O, Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti stabildir ağırdır.
Yaxınları onun həyatının xilas olması üçün kömək istəyir və ECMO cihazına qoşulmasının vacib olduğu bildirir.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, hazırda İlham Bayramovun vəziyyəti çox ağırdır: “Terminal komadadır. Hazırda onun vəziyyəti Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və respublikanın reanimotoloqu İsrail Məhərrəmbəylinin ciddi nəzarət altındadır”.


Şərhlər
Allah köməyi olsun!Bu xəstəxanaya düşənlər nadir halda sağala bilirlər.