Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Marneuli rayonuna əlavə polis qüvvələri göndərib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
DİN-ə məxsus pikap karvanı Tbilisi-Marneuli yolunda görünüb. Marneuliyə əlavə polis qüvvələri rayonda səsvermə günü vəziyyətin gərginləşməsinə yol verməmək üçün cəlb edilib.
Bu gün səhərdən Marneulinin bəzi seçki məntəqələrində insidentlər qeydə alınıb.


Şərhlər