Menu

Beşmərtəbəli binanın damından yıxılan 35 yaşlı kişi ölüb

03.10.2021, 10:20
Beşmərtəbəli binanın damından yıxılan 35 yaşlı kişi ölüb

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb. Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol