Menu

"Dağlıq Qarabağın azad edilməsinin ardınca məyusedici hadisələr baş verdi..." - İran XİN başçısı

04.10.2021, 00:03
"Dağlıq Qarabağın azad edilməsinin ardınca məyusedici hadisələr baş verdi..." - İran XİN başçısı

İran hakimiyyəti İsrailin Dağlıq Qarabağ ətrafındakı situasiyadan öz xeyirinə istifadə cəhdlərindən və bu bəhanə altında İran sərhədlərinə yaxınlaşmasından narahatlıq keçirir.

Bu barədə İran İslam Resublikası XİN başçısı Hüseyn Əmir-Abdollahian bəyan edib.

«Dağlıq Qarabağın azad edilməsinin ardınca məyusedici hadisələr baş verdi. İsrail bu imkanlardan maksimum istifadə etməyə cəhd göstərdi və nəticədə İran sərhədlərinə uğursuz yaxınlaşmaq cəhdləri ilə o, Azərbaycanın bəzi bölgələrində öz iştirakını təmin edib» - İRNA agentliyi nazirdən sitat gətirib.

Bundan əvvəl isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhədin şimal-qərbinin yaxınlığında hərbi təlim keçirib.

Azəbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan cəmiyyətində ədalətli suallar yaranıb ki, nə üçün İran Azərbaycanla sərhəddə Qarabağın bəzi əraziləri Ermənisan SQ-nin nəzarəti altında olduğu illərdə təlim keçirməyib?

İran hakimiyyəti şübhələnir ki, Azərbaycan Tehranın bölgəsel opponenti olan İsraill ilə sıx hərbi əməkdaşlıq edir. Gerçəkdən də 30 illik işğal dövründə İran Ermənistana hər cür dəstək verdiyi bir zamanda İsrail Qarabağın işaldan azad edilməsi yolunda Azərbaycana hər cür dəstək olub, indi də onun haqlı mübarizəsini dəstəkləyir. Bəs, İran nə edir? Bunu hər bir azərbaycanlı 44 günluk Vətən müharibəsində bir daha gördü.

Beləliklə, İran rejimi, əslində, Qarabağ savaşında Ermənistanın (xristianların) Azərbaycana (müsəlmana) məğlub olmasından məyusluq keçirir və bunu həzm edə bilmir. Hərbi təlim isə, necə deyərlər, «çil toyuğun balta dişi» kimi bir düşüklükdür, vəssalam.

AzPolitika.info

Şərhlər

Xalq 2021-10-04 11:32:50

molla rejimi qızıb!

RR 2021-10-04 06:21:07

Sheyxi yollayaq irana ,danishiqlara . Iranin dilini o bilir !

Mubariz 2021-10-04 00:41:32

Deyəsən mollal rejimi dəli olur ,ya da Azərbaycanın kölgəsindən qorxur , hürür , tutmağa isə ağzı çatmır

Eli 2021-10-04 00:35:11

Allah Sizlere qeni qeni rehmet eylesin Böyük Settarxan,Şeyx Mehemmed Xiyabani,Seyyid Cefer Pişeveri ve onların yüz minlerle mücahidleri bir qalxın ayağa görün Sizin Veteniniz Azerbaycanda hansı bayquşlar ulayır ve iki doğma qardaşı köksüz bir xristian ermeniye göre üz üze qoymaq isteyirler .Dur ayağa ya azad ol ya tamam yan Azerbaycan.Haqq bizimledir.Otuz illik xeyanetletinin cezasını alacaqlar şerefsizler.

Niyaməddin 2021-10-04 00:25:26

Siz hələ çox məyus olacaqsınız, hələ harasıdır ki. Biz türklər hələlik ayağa qalxmağa çalışırıq. Tam ayağa qalxanda türkün düşmənləri rəzil-rüsvay, zəlil olacaqlar!

Niyaməddin 2021-10-04 00:20:45

Ay ...lər, bəs bilmirdiniz ki, Azərbaycan sizdən silah istəyib ala bilməyəndə üzünü İsrailə və başqa ölkələr tərəfə tutacaq. Narkotik çəkməkdən beyninizin xarab olub kəlləməyəllağ gedirsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol