Menu

Çempionlar Turu: Rəcəbov Məmmədyarova qalib gəlib

03.10.2021, 22:58
Çempionlar Turu: Rəcəbov Məmmədyarova qalib gəlib

Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

"Report"un məlumatına görə, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol