Bu gün məhkəməsi keçirilməli olan “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun səhhəti ağırlaşıb.
Manset.az xəbər verir ki, V.Muradov onkoloji xəstəliyi ilə bağlı klinikaya köçürülüb. Bu səbəbdən onun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan hazırlıq iclasının təxirə salınacağı gözlənilir.
Qeyd edək ki, V.Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.


Şərhlər
Deyəsən həbsə düşən korrupsioner məmurlar arasında yeni dəb düşüb- Özlərini COVİD 19 yoluxdutub xəstəlik adıyla aradan çıxmaq. Yəqin güman edirlər ki, bu qədər pulla Covid 19 onlara bata bilməz. Ay axmaqlar Covidin cibi yoxdur .Ona sizin yağlı canımıza girmək elə milyonlara dəyər.