PREZİDENT İRANA XƏBƏRDARLIQ ETDİ - "Bunlar İsraili burada harada görüblər?!"

"Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq".

"Report" xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

"Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla, bütün başqa ölkələrlə müstəqil siyasət əsnasında münasibətlər qururuq. Heç kim bizim daxili işimizə qarışmasın.

Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Biz axı Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var. İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu gün, görün, Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident deyib ki, biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq. Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin: “Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər tapsınlar, bir xarici vətəndaş var bu bölgədə?”

635x100

Şərhlər

Azim Əlioqlu 2021-10-05 08:46:43

Təşəkkürlər. Cənab prezident hər bir azərbaycanlının ürək sözlərini lazım olan auditoriyaya çatdırır. Sadəcə etik normalara görə bizlər işlətdiyimiz ifadəlri dilə gətirmir. Fars rus irticasından Allah dövlətimizi, rəhbərimizi və xalqımızi qorusun!

Semed 2021-10-05 01:28:04

Allashukuru cixardin isinnen

Niyaməddin 2021-10-04 21:36:08

Təşəkkürlər cənab prezident! Allah razı olsun! Biz sizin yanınızdayıq. "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı" iran mollalarının siyasəti də belədir. Amma bizim bağrımız bu qələbədən sonra çatlamayacaq, düşmənlərin bağrını çatladacağıq. Eşq olsun Azərbaycan, Türkiyə, Pakistan, İsrail birliyinə!

asif 2021-10-04 19:07:42

esq olsun cenab prezident.badindan boyuk qelet edir iran.irani hansi vandal yalanci olke olduginu butun dunya bilir.basi qacib sadece ele bilir bizde bunun ucun bunun xeyallariynan oturub duran olkelerdenik.herkes yerini bilsin

Oxucu 2021-10-04 18:56:21

Belə müsulman qonşu olar? ermənilərin məçitdə saxladığları donuzları çəkib dünyaya yayırıq xristan xristanlığı ilə iradını bildirir,amma iran mollabaşlardan səs çıxmır,bir erməni dığası deyirki,Arazın kənarında bir İsrail vətəndaşını gördüm,bu mollabaşlarda dərhal tumanını başına çəkirlər.

Oxucu. 2021-10-04 18:42:06

Vallah yazmışdım bu həqiqətin qorxusudur,həmişə narahat olan İran mollabaşları adicə erməni siyasətin qurbanına çevirirlər,bir sual edən yoxdur bu erməni dığasının kəşviyatı belə güclüdürsə bəs niyə 44 günə bayrağını ağ rəngə bulayıb dizi üstə üzür istədi.

Son yazılar