Menu

Qonşu ölkədə yoluxma sayı kəskin artdı - 42 pasiyent vəfat edib

05.10.2021, 10:58
Qonşu ölkədə yoluxma sayı kəskin artdı - 42 pasiyent vəfat edib

Gürcüstanda son sutkada daha 2 800 nəfərdə koronavirus aşkarlanıb, 42 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 621 420-yə, ölənləri sayı isə 9 110-a yüksəlib.

Bu günə olan akstiv xəstə sayı 19 131 nəfər təşkil edir.

Daha əvvəlki sutkada isə koronavirusa 867 yoluxma, 30 pasiyent vəfatı qeydə alınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol