Menu

Türkiyə səfiri Polad Həşimovun evinə gedib, anasının əlindən öpüb - FOTOLAR

05.10.2021, 13:22
Türkiyə səfiri Polad Həşimovun evinə gedib, anasının əlindən öpüb - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib.

“Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.

Şərhlər

Türk 2021-10-05 15:40:37

Çünki o Türkoğlu Türkdür.Əsl Məmur dövlət qulluqçusu belə olar. Yoxsa bizdəki harınlamış talançılar kimi yox.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol