HƏYASIZLIQ DÖVLƏT SİYASƏTİNƏ ÇEVRİLƏNDƏ... - Yaxud İranı Ermənistanla doğmalaşdıran nədir?

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian"İranın Ermənistana və "Dağlıq Qarabağa" yanacaq tədarükünun Azərbaycan tərəfdən blokadası yolverilməzdir" fikri İrandakı rejimin uzun illər gəzdirdiyi “müsəlman, islam təəssübkeşliyi və qardaşlığı” və s. kimi saxtakarlıqlardan ibarət maskanın elə bu rejimin özü tərəfindən cırılmasıdır. Bu, artıq “Qaradan o tərəfə rəng yoxdur” deməkdir...

Bir tərəfdən Qarabağın islam torpağı olduğuna dair “fətva” verib, digər yandan Azərbaycanın nəinki razılığı olmadan, əksinə, dəfələrlə xəbərdarlıq etməsinə rəğmən oradakı erməni separatçılarına yanacaq və digər yüklər göndərmək nə islama, nə qardaşlığa, nə qonşuluğa, nə də əxlaqa, insanlığa sığır. Hələ bunun qarşısının Azərbaycan tərəfindən alınmasına XİN başçısı vasitəsilə etiraz etmək isə artıq həyasızlığın, abırsızlığın İran dövləti səviyyəsində açıq təzahürü və etirafıdır.

Bu baxımdan İran doğrudan da Ermənistanla eyniləşib və doğmalaşıb. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, bizi Qarabağdakı qələbəmiz münasibətilə guya təbrik edirsənsə, o zaman sənin maşınlarının Laçın dəhlizində, Xankəndində hansı iti azıb?...

Həmin Abdollahian ağası Xomeneinin "Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bilsin" kimi bir dini liderdən daha çox “kabadayı”, kriminal avtoritet leksikonunda açıqlamasından dərhal sonra daha da uzağa gedərək, İran rejiminin əsas qarınağrısının səbəblərindən birini söylədi: Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi... İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı...”

Birincisi, məntiqlə, din xadimi, ayətullah və s. adlanan adam sülhdən, ədalətdən, insanpərvərlikdən danışmalıdır, kin-küdurət, nifrət, hədə-qorxu yağdırmamalıdır.

Xomeneinin “şapalağı”na gəlincə isə o, ən çox İrandakı rejimin özünə, daha sonra isə Allahşükür Paşazadə başda olmaqla Azərbaycanda onu özünə “ağa” sayanlara, yaxud İranın Azərbaycana qarşı riyakarlığını sığallamağa, malalamağa çalışan iranbaşlara, məzhəbçilərə yaraşır.

Xomenei bu açıqlaması ilə həm də onları cəmiyyət, xalq qarşısında xəcalətli etdi və eyni zamanda, iranpərəstliyin, məzhəbçiliyin nə qədər çürük, səviyyəsiz və riyakar xətt olduğunu göstərdi. Nəhayət, Xomeneinin "şapalaq" söhbəti belə nəticəyə gəlməyə əsas verir ki, deyəsən Azərbaycanın 44 günlük müharibədə Ermənistana vurduğu şapalaq, ondan ötüb İrana dəyib...

İkincisi, İran rəsmisi "Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi” desə də, Tehrandakı rejim üçün əsas “xoşagəlməz hadisə” elə Qarabağın işğaldan azad edilməsi faktının özüdür! Bunu müharibədən sonra İranın atdığı bütün addımlar – Zəngəzur dəhlizinə qarşı çıxması, Ermənistanla əlaqələri daha da gücləndirməsi, Qarabağdakı separatçılara Azərbaycanın iradəsinə zidd olaraq hər cür yardım göstərməsi, özünün Azərbaycandakı “beşinci kolonu”nu aktivləşdirməsi, sərhədlərimiz yaxınlığında hərbi təlimlər keçirməsi, Bakıya hədə-qorxu gəlməsi və s. sübut edir.

Guya İsrailin İranla sərhəddə yerləşdiyinə dair cəfəngiyyat isə İranın bütün bu riyakrlığını, aqressivliyini əsaslandırmaq üçün yalançı, saxta bəhanədir. Azərbaycan İsrail istehsalı olan silahlardan, hərbi avadanlıqlardan istifadə etdiyini nə müharibə dövründə, nə də ondan sonra danmayıb, əksinə, açıq şəkildə bunu ifadə edib. Ancaq bütün bunlar işğalıçı Ermənistanın ərazilərimizdən qovulması üçün istifadə edilib, İrana qarşı yox. Və bu gün də Rusiya, Türkiyə, Belarus və digər ölkələr kimi, İsrail istehsallı avadanlıqlar da sərhədlərimizin qorunması üçün ordumuzun arsenalında istifadə oluna bilər. Bunun üçün Azərbaycanın kimdənsə icazə almaq öhdəliyi yoxdur! Necə ki, Azərbaycan İranın Ermənistanla qardaşlaşmasına, bacılaşmasına və s. qarışmır, İranın da buraya burun soxmağa ixtiyarı yoxdur!

İsrailə gəldikdə, İran bu dövlətlə düşmənçiliyini Fələstin torpaqlarının işğalı ilə əlaqələndirir. Bəs, necə olur ki, “işğalçı, sionist İsrail”i düşmən elan etdiyi halda, din təəssübkeşliyindən dəm vuran İran rejimi 30 il müddətində qulağının dibində Azərbaycan torpaqlarını işğalda saxlayan, müsəlman qanı axıdan Ermənistanı dost, qardaş elan edir

Bununla da kifayətlənmir, torpaqlarımızı bu işğalçı sürüdən təmizləməkdə bizə yardımçı olan İsraili bəhanə gətirərək, az qala Azərbaycana qarşı savaş açır? Nədən islam aləminin liderliyinə iddialı olan, lakin heç bir müsəlman ölkəsilə dost münasibəti olmayan bu dövlət qonşu müsəlman ölkənin torpaqlarını zəbt edən işğalçını qovmağa yardım etmək əvəzinə, işğalçı və terrorçu ilə 30 il əməkdaşlıq edib, onu bəsləyib və həmin ərazilərdən istifadə edərək, çirkin alverlərlə məşğul olub?

Bu gün Ermənistanda İran-Azərbaycan münasibətlərinin gərginləşməsi toy-bayram kimi qeyd olunur. Çünki ermənilər də İranın zaman-zaman Türkiyənin, türk birliyinin əleyhinə olan fəaliyyətlərini yaxşı bilir və bu gün məhz İranı, yeri gələndə Rusiyadan da artıq dərəcədə özlərinə arxa-dayaq hesab edirlər. Bu “nailiyyətə” görə İran rejiminə bütün müsəlman dünyası adından böyük bir “minnətdarlıq” düşür...

Ancaq kimin nə danışmasından, harada təlim keçməsindən, hara raket atmasından, kiminlə dostlaşmasından asılı olmayaraq, ötən əsrin 80-ci illərində qalan İran və onun kimilər bilməlidirlər ki, Azərbaycan 20-30 il əvvəlki Azərbaycan deyil. Ona 70-ci illərin tanklarını “kraskalayıb” təlimlər keçməklə, küçə səviyyəli bəyanatlar, açıqlamalar verərək hədə-qorxu gəlməklə nəyəsə nail olmaq mümkün deyil...

Cəlal Məmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Eli 2021-10-19 01:16:46

Celal bey bele bir el meseli var: görünen dağa ne beledçi.Bunlar esli bir ,kökü bir

Tahir 2021-10-09 14:16:45

Toliki, Samiraldonu, pişik Güneli ekranlara möhür edən TV- lərimiz harda ölmüsünüz? Çağırın, dəvət edin məsəlçün Şeyxülislamı, qudası 30 kratnı həci Qalibi, hacı Şahin və digər farssın burdakı havadarlarının TV ekranlarında. Qoy fikirlərini bildirsinlər. Bunları ifşa etmək üçün gözəl zaman və məqam yetişib. Milli qürurunuz, mənliyiniz yoxmudur? Prezident də açıq fikir söylədi və bəlli ki, meydanı sizlərə buraxdı. Ay şou əhlinin alt paltarlarını göstərməklə çörək qazanmağa vərdiş edənlər döyüşdən nəsillikcə qaçıb gizləndiniz bildik ki ölümdən qorxdum. Bu mübarizə də ki ölüm yoxdur bu sizin peşənizdir axı. Qeyrət, namus, milli qürur söz konusudur axı.

Tahir 2021-10-09 14:15:10

Toliki, Samiraldonu, pişik Güneli ekranlara möhür edən TV- lərimiz harda ölmüsünüz? Çağırın, dəvət edin məsəlçün Şeyxülislamı, qudası 30 kratnı həci Qalibi, hacı Şahin və digər farssın burdakı havadarlarının TV ekranlarında. Qoy fikirlərini bildirsinlər. Bunları ifşa etmək üçün gözəl zaman və məqam yetişib. Milli qürurunuz, mənliyiniz yoxmudur? Prezident də açıq fikir söylədi və bəlli ki, meydanı sizlərə buraxdı. Ay şou əhlinin alt paltarlarını göstərməklə çörək qazanmağa vərdiş edənlər döyüşdən nəsillikcə qaçıb gizləndiniz bildik ki ölümdən qorxdum. Bu mübarizə də ki ölüm yoxdur bu sizin peşənizdir axı. Qeyrət, namus, milli qürur söz konusudur axı.

Araz 2021-10-07 14:40:25

Bütün bu mübahisələrin əsasında iran və turan qarşıdurması dayanır.İrançılar sadəlöv insanları vahid Azərbaycan şüarı ilə aldadaraq bu vahidliyin yalnız şıə platforması üzərində qurulmasının mümkünlüyüni sübut etmək istəyirlər .Bunun nə ilə nəticələnəcəyini görmək üçün muasir iran dövlətinə baxmaq kifayətdir.Farslaşma siyasəti o dərəcədə dərinə işləyib ki 30 milyonluq xalq artıq (kiçik istisnalarla) amalı ,tarixi olmayan amorf bir kütləyə çevrilib .Şiəlik atrıq çoxdan dini təriqət olmaqdan çıxıb, fars şovinizminin və yenidən böyük pars (iran) imperyasını qurmaq istəyənlərin siyasi idiolojisinə çevrilib.Çox gülünc və sərsəm ideyadır.Böyük vahid şiə Azərbaycanı və kiçilmiş şıə iranı .Bu necə ola bilər, heç bu cəfəngiyata inanan varmı.Böyük,Vahid Azərbaycan yalnız turançılıq, türkçülük idiologiyası ilə qurula bilər.

Elxan 2021-10-06 11:06:43

Azərbaycanın 1 nömrəli düşməni fars molla rejimi və burdakı havtafalarıdır. Sağ ol Calal bəy, afərin! Havtafaların rəyasət heyətinin üzvləri Paşazadə, Şahin, Surxay, İlqardır. Bu təhlükəli casusları MTX daima nəzarətdə saxlamalıdır və son vaxtlar bu baxımdan müsbət xəbərlər gəlir

Ramin 2021-10-06 08:45:25

İran dövlətini idarə edən farslarla ermənilər eyni qanı daşıyır.Amma İranın birinci qorxusu daxildəki soydaşlarımızın qorxusudur.Yoxsa o fars erməni şərəfsizləri coxdan saldırmışdı.Allah qorusun.Allah bütün türk düşmənlərinin bəlasını versin.Amin

Niyaməddin 2021-10-05 22:35:07

Cəlal bəyə, şərh yazan Eli bəyə çox böyük təşəkkür edirik, minnətdarıq! Cəlal bəy, Allah qələminizə qüvvət versin, canınızı sağ eləsin. Bəli Eli bəyin də yazdığı kimi iran ermənistan kimi imperialist fransanın for-postudur.

Amon 2021-10-05 22:12:21

Ilham eliyevle erdogan birlikde cox seyin ohdesinnen gelecek.gelecekde ne 5ci kolon qalacaq olkemizde ne de mollalarin uzantilari cunki heqiqeten ilham eliyev erdoganin desteyi ile ciddi irade qoyub ortaya

Müəllim 2021-10-05 21:43:48

Bəyənilsin!Bu izahatı geniş yaymaq və həyya İrabna da çatdırmaq yaxşı olardı.Bəlkə oxuyub düşünən baş ortaya çıxa.

Eli 2021-10-05 21:21:43

İranı Ermenistanla doğmalaşdıran dörd esas faktordur.Birincisi her iki dövletin ve milletin yeni fars ve ermeninin türkleri özüne düşmen qebul etmesi ki bu esas faktordur.İkincisi her iki dövletin dünyada terroru destekleyen dövletler kimi qebul edilmesi.Üçüncüsü bunların eqidesi ,meslekinin ,kökünün ve ağasının -Fransanın bir olması.Fransanın ermenilere münasibeti melumdur ki bu öz yerinde .1979- cu ilde Xomeyni inqilabdan qabaq harada siyası sığınacaq almşdı ve haradan İrana trşrif buyurdu Fransadan.Sen eger heqiqeten müselmansansa İslam dininin liderlerinde hesab edirsense özünü müsrlmznların qatı düşmeni tek Elcazairda millionlarla müselmanın soyqırımını heyara keçirem bu ölkede ne işin var.Dördüncü faktor ise onların iqtisadi marlarınkn dyni olması :silah qaçaqmalçılığı,narkobiznez fahişexanalar şebekesini xüsğsi diqqet ve en iyrenc kapital elde etmek yolları bunları doğmalaşdırır.Ancaq ikisinin de arzuları üreyinde qalacaq.

t.ədalət 2021-10-05 20:26:42

İranın heç vaxt özünün dövləti olmayıb.Bu ölkənin rəhbərləri həmişə Azərbaycan türkləri olub.Sadəcə olaraq,türklərin gücündən qorxuya düşən Avropa və Rusiyanın əli ilə farslar hakimiyyətə gətirilib.

turan 2021-10-05 20:25:14

erməninin atası fars, anası rus, bacıları amerika və fransadır

Eli 2021-10-05 19:06:12

Burda sade bir mesele var.SEPAH terrotçu teşkilatı İranda söz sahibi olan bir gücdür ki,güclü iqtisadi dayaqları var ölkede her şeye nezaret imkanları var,Ölkede nakotikin yayılması alkokollu içkilerin dövriyyesi,fahişexanalar,silah alveri hamısı bunların nezarrti

Rasim 2021-10-05 18:25:39

İran-Ermenistan..iki qardaş ölkə,iki sarsağ ölkə..ölüm olsun hər ikisinə

Son yazılar