“TÜRK DƏHLİZİ AÇILDI": “İlk addım atıldı, Ankaranın planı reallaşır”

“Ermənistan ilk “türk dəhlizi”ni açdı: Azərbaycanın təyyarələri ölkəmizin üzərindən keçərək Naxçıvana enə biləcək, həmçinin əks istiqamətdə uçuşlar həyata keçiriləcək”. "Xezerxeber.az" xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

“Bu səhər məlum oldu ki, Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvana daxili uçuşlar həyata keçirir. Bu, əslində, Azərbaycan və Türkiyə arasında açılacaq “türk dəhlizi”nin birinci komponentidir”, - ekspert bildirib.

Geqamyan bunun Zəngəzur dəhlizinin açılması yönündə atılmış mühüm addım olduğunu iddia edib: “Bu dəhlizin açılması Ankaranın planında idi. Dəhliz açılsa, Türkiyə Avrasiyada supergücə çevriləcək. Eyni zamanda, Sünikin (Zəngəzur) Azərbaycanın nəzarətinə keçməsinə münbit zəmin yaradacaq”.

Ekspert 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan və Türkiyənin Ermənistandan tələblərinin yerinə yetirildiyini deyib: “Bu tələblərdən biri bölgədəki kommunikasiyaların açılması idi. Bu kommunikasiyaların tərkib hissələrindən biri olan hava dəhlizi bu səhər rəsmi olaraq açıldı”.

Qeyd edək ki, bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar