Menu

İRANLI NAZİR MOSKVADAN ƏLİBOŞ QAYIDIB - Lavrov Əmir Abdollahiyana nə təklif edib?

06.10.2021, 21:44
İRANLI NAZİR MOSKVADAN ƏLİBOŞ QAYIDIB - Lavrov Əmir Abdollahiyana nə təklif edib?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan bölgədəki vəziyyəti bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə edib. 

"AzPolitika.info" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kreml İranın Zəngəzur dəhlizinə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 3+3 (Azərbaycan-Türkiyə-Gürcüstan-Rusiya-Ermənistan-İran) formatına qarşı aktiv anti-fəaliyyətini dəstəkləməyib.

Belə ki, Lavrov İranlı həmkarına bölgədə kommunikasiyaların açılmasının önəmini izah edərək Prezident Ərdoğanın irəli sürdüyü 3+3 formatında əməkdaşlığa qoşulmağı təklif edib. Lavrovun sözlərinə görə, erməni həmkarları ilə format çərçivəsində əməkdaşlığın qurulması istiqamətində işlər aparılır.

Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, "3+3" əməkdaşlıq formatı Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur: "Bu gün "3+3" formatını yaratmaq təşəbbüsünü müzakirə etdik. İranlı dostların müsbət münasibəti var, eyni münasibəti Azərbaycanda və Türkiyədə müşahidə edirik, erməni həmkarlarımızla işləyirik".

Onun sözlərinə görə, Rusiya ümid edir ki, Gürcüstanda aradakı bütün problemlərə baxmayaraq, belə bir mexanizm yaratmaqda maraqlı tərəf kimi çıxış edəcək.

Rusiya XİN rəhbəri İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərə də isti baxmadıqlarını ifadə edib.

“Biz burada (regionda) hərbi aktivliyin artırılmasına, təxribatçı təlimlərə qarşıyıq. İranlı dostlarımızın bugünlərdə sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə etdiyi narahatlıqlar mövcuddur”, - Lavrov deyib.

"AzPolitika.info"

Şərhlər

İran sevənlərə 2021-10-07 09:15:33

əsil blokadanı indi görəcəksiz İran "cengaverleri"..Turkiyə bir yandan bağlasın sərhədləri,Pakistan o biri yandan onda bilər əsil blokada nece olur..Niye biz indiyənə kimi İzrail səfirliyini ölkəmizdə açmamışıq?

Tahir 2021-10-07 00:01:14

Bundan sonra İranın reaksiyasına diqqət edin. Həyasızcasına, utanmadan, bizə minnət qoya- qoya qardaşlıqdan, mehriban qonşuluqda, anlaşılmazlıq dan danışacaqlar. Rus bunların dediyi ilə razılaşsaydı onda bunların hansı mənfur xidmətləri vardı işə salacaqdılar. Hardasan Seyxülislam Allahşükür?....Səsin çıxmır....

Eli 2021-10-06 22:41:58

Mence bu nazir eliboş qayıtmayıb,ruslar onun bir qoltuğuna qatpız,diger qoltuğuna ise xoruz yeni «Петух» veribler ki onları çatdırsın Xameneyiye ve Reisiyd ki,qarpızdan yeyib ,xoruzu banlafıb feyziyab olsunlar.Nazirin qazancı da bizim dilde desek naxırçının qazancı olub.Menc pis qazanc deyil.Yene de axıra qalsslar da qismetlerine şükür etsinler axı bunlar”Müselmandırlar” hewiqeten dar günde ermeniye yox ,müselman qardaşlarına kömek etdiler ki başlarına deysin.

Eli 2021-10-06 22:17:28

Deyesen Emir Abdollahiyan Rusiyaya “töke töke”gedib,yeye yeye qayıdır.Bu bedbextler normal diplomat deyiller ki,zamanında tedbirleri görsunler ve hemişe qatar gedenden sonra “xodlanırlat ki ancaq elleri sonuncu vaqonun “dslına” deyir vessalam.”Möhterem”nazir indi Şüşanın işğsl olunsn dövrü deyil ki,Yaqub Memmedovun Tehranda Vilayeti kimi şerefsizlerin xeysneyi ile başının altına alçaqcasına yastıq qoyub Şüşanı ermenilere veresiniz.Biz heç neyi unutmuruq.Birinci növbede tarixi ki hemişe siz bize xeyanet etmisiniz.Sizin sonunuzun başlangıcıdır ve siz de görbagör Mehemmed Rza Pehlevinin dalınca gedeceksiniz.Darıxmayın.İran hemişe Türklerin olub ve olacaa .Mehz İran,Cenubi Azerbaycan yox İRAN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol