Menu

Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və xəsarət alanlar var

07.10.2021, 00:24
Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və xəsarət alanlar var

Əfqanıstanda məsciddə partlayış olub. “Report”un məlumatına görə, bu barədə “TOLOnews” tviterindəki səhifəsində məlumat yayıb.

Məlumata görə, hadisə Host əyalətində qeydə alınıb.

Partlayış nəticəsində azı 1 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb.

Qeyd edilir ki, yaralılardan 3-ü ağır vəziyyətdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol